Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam Heydər Əliyev Mərkəzində ”Çiçək açan arzular” adlı tədbir keçirilib

25.12.2021

25 dekabr 2021-ci il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsi,Ağdam Rayon Heydər Əliyev Mərkəzinin və Ağdam rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində şair Vəliyəddin Adil Ağdamlının yaradıcılığına həsr olunmuş "Çiçək açan arzular" adlı tədbir keçirildi.Tədbirdə şairin "Çiçək açan arzular" kitabının təqdimatı oldu.Şair Vəliyəddin Adil Ağdamlı həm də Zaur İmanov adına Zəngişalı kənd Mədəniyyət evinin bədii qiraət dərnəyinin üzvüdür.Tədbiri giriş sözü ilə Zəngişalı kənd Mədəniyyət evinin direktoru Fikrət Əliyev açdı.Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Fikrət Əliyev şairin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verdi.Uzun illər şeir yaradıcılığı ilə məşğul olan şair Vəliyəddin Adil Ağdamlının son vaxtlar həm də bədii qiraət ustası kimi gözəl ifaları ilə tanındığını xüsusi qeyd etdi.Şairin yaradıcılığının diqqətdən kənarda qalmadığını, onun "İlin Vətənpərvər Şairi  Media mükafatı", "Ulu Öndər Media mükafatı" ,"Qızıl Qələm Media mükafatı" aldığını qeyd etdi.Sonra sözü şair İlqar Boranoğluna verdi.İlqar Boranoğlu qələm dostu haqqında çıxış etdi, onun " Dünyadan" şeirini söylədi.Zəngişalı kənd kitabxanasının müdiri şairin şeirlərini səciyyələndirən mövzulardan danışdı,onun "Qayıt gəl", "Bəsimdir" şeirlərini söylədi. Tədbirdə iştirak edən Mədəniyyət işçiləri öz çıxışlarında  şairin yaradıcılığının ana xəttini təşkil edən mövzunun vətənpərvərlik, şəhidlərimizin xatirəsinə ehtiram,şanlı ordumuz ,dövlətçiliyimiz olduğunu qeyd etdilər. Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin direktoru Sahib Məmmədov  şair Vəliyəddin Adil Ağdamlının qəhrəman  şəhidlərimizə və qazilərimizə çoxlu şeirlər həsr etdiyini vurğuladı.Xalqımızın qəhrəman oğlu Rahib Məmmədova həsr etdiyi şeirə görə şairə xüsusi təşəkkür etdi.Tədbirin sonunda söz şair Vəliyəddin Adil Ağdamlıya verildi.Şair onun ilk kitabının təqdimatına həsr olunmuş bu tədbirin onu kövrəltdiyini, dostların,şeirsevər insanların diqqətindən çox sevindiyini bildirdi, tədbirin təşkilatçılarına, iştirakçılarına təşəkkür etdi.Axırda öz şeirlərindən bir neçəsini səsləndirdi.Tədbirin rəsmi hissəsindən sonra iştirakçılar çay süfrəsi arxasında şairlə  səmimi söhbətlərini davam etdirdilər.

 

 

 

57.1 KB

 

69.9 KB

 

97.3 KB

 

82.9 KB

 

89.3 KB

 

75.5 KB

 

76.1 KB

 

94.1 KB

 

54.7 KB

 

63.8 KB

 

58.3 KB

 

60.4 KB

 

78.2 KB

 

57 KB

 

53.6 KB

 

55.7 KB

 

63.9 KB

 

55.1 KB

 

61.2 KB

 

57.6 KB

 

58.8 KB

 

60.8 KB

 

55.6 KB

 

136.6 KB

 

57.2 KB

 

85.2 KB

 

145.2 KB

 

120.8 KB

 

140.4 KB

 

136.6 KB

 

80.7 KB