Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edildi

29.12.2021

29 Dekabr 2021-ci il tarixdə "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" münasibətilə, Ağdam rayon C.İ.Vəlbəyov adına I Baharlı kənd tam orta məktəbinin müəllim və şagirdlərinin Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edildi. Ekskursiya zamanı Mərkəzin əməkdaşı Elçin Cəfərov şagirdləri Ulu Öndər Heydər Əliyevin həyatının müxtəlif dövrlərində çəkilmiş fotoşəkillərlə tanış etmiş, onlara Ümummilli Liderin dünya azərbaycanlılarını birləşdirmək üçün gördüyü işlər haqqında ətraflı məlumat vermişdir. Elçin Cəfərov bildirmişdir ki, Ümummilli Liderimiz Heydər Əliyev dünya azərbaycanlılarını bir ideya - " Azərbaycançılıq" ideyası altında toplayıb-birləşdirmiş, onlara dünyanın harasında olmalarından asılı olmayaraq,  daima Ana Vətən Azərbaycan uğrunda çalışmalı olduqlarını aşılamışdı. Məhz onun sayəsində hər il 31 Dekabr tarixini "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" kimi qeyd edirik.

 

90.9 KB

 

119.5 KB

 

97.1 KB

 

118.9 KB

 

79.6 KB