Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam Heydər Əliyev Mərkəzində ”Həmrəylik günümüz mübarək”adlı tədbir keçirilib

29.12.2021

29 Dekabr 2021-ci il tarixdə,Ağcabədi Regional Mədəniyyət İdarəsi,Ağdam Rayon Heydər Əliyev Mərkəzi,Ağdam Rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət gösdərən,Papravənd kənd Mədəniyyət evi və Əlimədətli kənd klubunun birgə təşkilatçılığı ilə,Ağdam Rayon Heydər Əliyev Mərkəzində "Həmrəylik günümüz mübarək"adlı tədbir keçirilmişdir.Tədbiri Ağdam Rayon Zaur İmanov adına Zəngişalı kənd Mədəniyyət evinin drektoru Fikrət Əliyev açıq elan etdi.Ulu Öndərin yaratdığı müasir Azərbaycanın ərazi bütövlüyü uğrunda Şəhid olmuş igid və qəhrəman oğullarımız bir dəqiqəlik sükut ilə yad edildi.

Fikrət Əliyev Həmrəylik günümüzü təbrik edərək,Həmrəyliyimiz haqqında tədbir iştirakçılarına geniş məlumat verdi.Sonra söz tədbirin təşkilatçılarından olan Papravənd kənd Mədəniyyət evinin drektoru İkrəm Qələndərova verildi.

İkrəm Qələndərov öz növbəsində həmrəyliyimizin dünya Azərbaycanlıları üçün   nə qədər önəmli olduğundan söz açdı.Sonra söz tədbirin növbəti təşkilatçısı olan Əlimədətli kənd klubunun mədəni təşkilatçısı Saleh Əsgərova verildi.Saleh Əsgərov da,dünyanın 70-dən artık ölkəsində yerləşən,50 milyondan artıq Azərbaycanlıların bu millət üçün bir olması və həmrəy olması əhəmiyyətindən danışdı.Sonra tədbirdə iştirak edən Mədəniyyət işçilərindən Zənurə Mirzəyeva,Sevda Cəfərova və digər Mədəniyyət işçiləri,Həmrəyliyimiz və birliyimiz bu xalqımız üçün necə vacib olduğundan söhbət açdılar. Tədbirin sonunda Heydər Əliyev Mərkəzinin fondunun müdiri Elcin Cəfərov tədbir iştirakcılarını Həmrəylik günü münasibətilə tədbir iştrakcılarını təbrik edərək  onlara yeni yeni ugurlar arzuladı Bununlada tədbir sona çatdı.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

91.4 KB

 

85 KB

 

72.7 KB

 

69.7 KB

 

60.5 KB

 

66.9 KB

 

67.6 KB

 

63.3 KB

 

64.8 KB

 

67.4 KB

 

67.3 KB

 

70.3 KB

 

64 KB

 

64.9 KB

 

67.2 KB

 

64.9 KB