Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi MKS-nin Mərkəzi kitabxanasında ”şəhidlər ölməz” adlı anım tədbirı keçirilib

19.01.2022

19 yanvar 2022-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon MKS-nin Mərkəzi kitabxanasının əməkdaşları "20 yanvar" faciəsinin 32 -ci ildönümü münasibəti ilə Ağcabədi şəhər  Şəhidlər Xiyabanında Şəhidlərimizin məzarını ziyarət ediblər. İlk öncə şəhidlərimizin xatirəsi bir  dəqiqəlik sükutla yad edilmiş.Sonra şəhidlərimizin məzarı üzərinə tər çiçəklər düzülmüş.Şəhidlərimiz haqqında hər kəs öz xatirələrini söyləmişlər.Tədbirin  ikinci hissəsi Ağcabədi rayon Mərkəzi Kitabxanasında davam etdirilmiş.Kitabxananın əməkdaşları "20 yanvar"  faciəsi haqqında ətraflı məlumat vermişlər. Kitabxana əməkdaşlarının hazırladıqları videoçarx nümayiş olunmuşdur.Sonda şəhıdlərimizin xatirəsinə həsr olunmuş sərgiyə baxış keçirilmişdir.

  Allah şəhidlərimizə rəhmət eləsin.AMİN!

 

99.1 KB

 

55.8 KB

 

88.4 KB