Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyini ziyarət ediblər

28.01.2022

28 yanvar 2022-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət idarəsi Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində şəxsi eksponatları qorunub saxlanılan 28 dekabr 1993 cù ildə Ağdam rayonunun müdafiəsi uğrunda şəhid olmuş Ağdam rayon Maxsudlu kənd sakini Qənbərov Təvəkkül Əbdüləli oğlunun bacısı Heydərova  Elbəniz  və  yaxın qohumu Heydərov Mehman muzeyi ziyarət etdilər.Muzey kollektivi tərəfindən şəhid  bacısı  Elbəniz Heydərova  hörmətlə qarşılandı,şəhidimiz Təvəkkül Qənbərov haqqında,onun keçdiyi qısa qəhrəmanlıqla dolu həyatından geniş məlumat verdilər. Şəhidimizin muzeydə saxlanılan hərbi forması,qol saatı,saç darağı,foto şəkli,pasportu, xidməti xasiyyətnaməsinin  üzü, Azərbaycan  Respublikası Nazirlər kabinetinin 15 iyun 1995 ci il qərarının ùzù (şəhidin adına Ağdam rayon Talışlar kənd orta məktəbinin verilməsi), eksponatları haqqında ayrı ayrılıqda baxış keçirildi. Şəhid Qənbərov Təvəkkül Əbdüləli oğlu 1972 ci il aprel ayının 15 də Ağdam rayonunun Maxsudlu kəndində anadan olmuşdur.Erməni separatçı qüvvələrinin torpaqlarımıza göz dikərək işgalçılıq siyasətinə Təvəkkül də biganə qalmadı.15 aprel 1992 ci ildən 836 N li hərbi hissədə təmir bərpa taborunda xidmətə başladı. 28 iyun 1993 cù ildən 708 N li hərbi hissənin kəşfiyyat bölüyùndə xidmətini davam etdirir. Özünün qorxmazlığı qətiyyəti ilə döyüş yoldaşlarından həmişə fərqlənmiş və xidməti dövründə bütün döyüşlərdə iştirak etmiş düşmənə layiqli cavab vermişdi. Ağdam rayonu istiqamətində Qızıllı Kəngərli ,Şahbulaq,Papravənd Abdal Gùlablı kəndlərinin müdafiəsində iştirak etmişdir.     28 dekabr 1993 cù ildə Mərzili kəndinin müdafiəsi zamanı qeyri bərabər döyüş zamanı 6 nəfər döyüşçü yoldaşları ilə birlikdə itkin düşdülər...Şəhid Qənbərov Təvəkkül Əbdüləli oğlunun qəhrəmanlığın nəzərə alaraq    15 iyun 1995 ci ildə Azərbaycan respublikasının Nazirlər kabinetinin qərarına əsasən Ağdam rayonu  Talışlar kənd tam orta məktəbi şəhidin adına verildi. Nəzərinizə çatdırım ki 44 gùnlùk Vətən mùharibəsi zamanı şəhid olmuş mayor Qənbərov Mehman Nəriman oğlu şəhidimizin yaxın qohumu idi.

Allah şəhidlərimizə rəhmət eləsin məkanları cənnət olsun.

 

143.2 KB

 

80.5 KB

 

65.3 KB

 

357.1 KB

 

83.1 KB

 

86.6 KB

 

76.1 KB

 

77.5 KB