Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam Yusifcanlı kənd Mədəniyyət evində Gənclər Günü münasibətilə tədbir keçirilib

28.01.2022

28 Yanvar 2022- ci il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən MKS-nin 43 saylı Baş Qərvənd kitabxanası və Yusifcanlı kənd Mədəniyyət evinin birgə təşkilatçılığı ilə 2 fevral Gənclər Günü münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə Əliağalı kənd Mədəniyyət evinin müdiri Hicran Əhmədova və mədəni-təşkilatçı Aynurə Cəfərova, metodist Reyhan Əliyeva və Ağdam rayon Qasımbəyli qəsəbə köçkün tam orta məktəbinin şagirdləri iştirak etmişlər. İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından  keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edikdi. Sonra 43 saylı Kitabxananın müdiri Fərrux Rüstəmov çıxış edərək bildirdiki, bu gün hər kəsə məlumdur ki, 2 fevral Gənclər Günü kimi qeyd edilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bildiyimiz kimi 1997-ci ildən Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanda 2 fevral Gənclər Günü kimi qeyd edilir. Bu onu göstərirki, Heydər Əliyev hər zaman gənclərə diqqət  və qayğı göstərmişdir. Ulu Öndər demişdir Gənclər bizim gələcəyimizdir. Sonra Əlağalı kənd mədəniyyət evinin əmıkdaşı Aynurə Cəfərova və Yusifcanlı kənd mədəniyyət evinin müdiri Alim Cəfərov çıxış edərək gənclər dövlətimizin   inkişafında və eləcədə torpaqlarımızın işğaldan azad edilməsində Cənab Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşmələrini qeyd etdilər. Sonda gəncləri təbrik edərək onlara uğurlar arzuladılar.

 

 

103.1 KB

 

79.9 KB

 

63.4 KB