Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi rayonunda aztəminatlı ailələr üçün nar bağları salınıb.

17.04.2018

Aprelin 17-də İDEA Ictimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının birgə təşəbbüsü ilə Ağcabədi rayonunda aztəminatlı ailələr üçün nar bağları salınıb. Ağcabədi rayon Rəncbərlər kəndi ərasizində keçirilən mərasimdə Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov çıxış edərək, Heydər Əliyev Fondunun Vitse-Prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA İCTİMAİ Birliyinin həyata keçirdiyi xoşməramlı layihələr barədə məlumatlar verərək respublikanın müxtəlif bölgələrində aztəminatlı ailələr üçün meyvə bağlarının salınmasının əhəmiyyətindən danışıb. Sonra ağacəkmə aksiyasına start verilib. Könüllü gənclərin iştirak etdiyi aksiya zamanı 2 hektar ərazidə 1000 ədəd nar ağacı əkilib. Aksiya bədii hissə ilə davam etdirilib. Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Üzeyir Hacıbəyli adına Şəhər Uşaq İncəsənət məktəbinin musiqili ansamblı konsert proqramı ilə çıxış ediblər. İncəsənət məktəbinin birləşmiş iki rəqs kollektivinin, iki rəqs qrupunun təqdim etdiyi rəngarəng rəqs nümunələri və Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin əməkdaşları olan müğənnilərin oxuduqları şən, bayram ovqatlı mahnılar tədbirə xüsusi gözəllik qatmışdır. Tədbir saat yarım davam etmişdir.