Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə məruzələr təşkil olunub

25.05.2018

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və “Azərbaycan Xalq Cümhuriyyəti ili”  ilə əlaqədar olaraq Ağcabədi rayon Heydər Əliyev Mərkəzi tərəfindən silsilə tədbirlər həyata keçirilir. 24 may 2018-ci il tarixdə mərkəz əməkdaşları, mərkəzin elmi işçisi Fariz Bünyatov və mərkəzin bələdçisi Nurlan Piriyev tərəfindən Ağcabədi şəhər tam orta məktəblərində “Cümhuriyyət tariximiz” adlı məruzələr keçirilmişdir.İlk olaraq  M. F. Axundov adına şəhər 3 saylı məktəb-liseyi, şəhər 9 saylı tam orta məktəb və  M. Aranlı adına şəhər 11 saylı keçirilən məruzələr zamanı bildirilmişdir ki, Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Demokratik Cümhuriyyət cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılmasında və gələcək inkişaf yolunun müəyyənləşdirilməsində mühüm əhəmiyyət kəsb etmişdir: “Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların  bərabər hüquqlarının tanınması, qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin mahiyyət və mənasını əyani şəkildə sübut edir.” Məruzələr zamanı Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində mühüm yerə malik olduğunu bildirməsi məktəblilərin diqqətinə çatdırılmışdır: "Xalqımızın dövlətçilik ənənələrin qorunması və gələcək nəsillərə ötürülməsi də tarixi mirasımıza sahib çıxmaqdan, onu yaşatmaqdan keçir. Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi də məhz bu məqsədə xidmət edir”.Daha sonra məktəblilərin fəal iştirakı ilə mövzu ətrafında diskussiya aparılmışdır.Qeyd edək ki, mərkəz əməkdaşları tərəfindən məktəblərdə təşkil olunan məruzələr ilin sonuna kimi davam edəcəkdir.