27.05.2018
27 may 2018 ci il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağcabədi rayon Hacıbədəlli kənd uşaq musiqi məktəbinin müəllim kollektivindən ibarət heyəti Ağcabədi ərazisində yerləşən N saylı hərbi hissədə konsert proqramı təşkil etdi. Hərbi hissənin yaranmasınınn 25 illik yubileyinə və Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş təntənəli bayram konserti əsgər və zabitlər tərəfindən alqışla qarşlandı.Tədbirdə Cümhuriyyətinin 100 illiyi ilə bağlı fikirlər,nitqlər söylənildi. Hacıbədəlli kənd uşaq musiqi məktəbinin müəlimlərinin hazırladıqları vətənpərvərliyi tərənnüm edən musiqilər oxundu.Əsgərlər , zabitlər eləcə də tədbiri izləyən qonaqlar bu gözəl və maraqlı konsert proramını rəğbətlə qarşladı və bir çox məqamlarda əsgərlərlə qonaqlar hətta gözəl rəqslər də nümayış etdirdi.Tədbir hərbi hissə və məktəb tərəfindən hərbi hissənin məxfiliyi nəzərə alınmaqla foto çəkilişlərlə yaddaşa alındı