28.05.2018
28 may 2018-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsinin Xan Şuşinski adına Ağdam uşaq muğam musiqi məktəbinin fortepiano şöbəsinin şagirdlərinin iştirakı ilə 28 May Cümhuriyyətimizin 100 illiyi ilə əlaqədar tədbir keçirilib.Tədbirdə Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəis müavini Vüqar Qədirov,baş mühasib Namizəd Muxtarov,əməkdar incəsənət xadimi Rafiq Rüstəmov və qardaş Türkiyənin rəsmi nümayəndələri iştirak ediblər.Tədbiri Vüqar Qədirov açaraq qonaqları və iştirakçıları Cümhuriyyətimizin yaranmasının 100 illiyi münasibətilə təbrik edib.Sonda tədbirdə xüsusi əməyi olan müəllimlər məktəbin direktoru Xətayə Cəfərova tərəfindən diplomlarla təltif edilmişdir. İştirakçılara fəxri fərmanlar,həvəsləndirici diplomlar verilmişdir.