08.06.2018
Ağcabədi Regional Mədəniyyət İdarəsinin müvafiq sərəncamına əsasən 2017/2018 ci tədris ilinin başa çatması ilə əlaqədar musiqi məktəblərinin hesabat konsertləri keçrilmişdir. 08.iyun 2018-ci il tarixdə Xındırıstan uşaq musiqi məktəbinin konsert zalında İdarənin tabeliyində olan Ağdam rayonunun Seyidli UMM, Güllücə UMM və Xındırıstan uşaq musiqi məktəbləri yekun konsert proqramı ilə çıxış etmişlər .Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı avropa bəstəkarlarının əsərləri yüksək səviyyədə təqdim olunmuş və komissiya üzvləri tərəfindən çıxışlar yüksək qiymətləndirilmişdir. 9 iyun 2018-ci il tarixdə Qiyaslı UMM və Qiyaslı Mingəçevir filialı , Qaradağlı UMM, Əfətli UMM və Əhmədağalı kənd uşaq musiqi məktəbləri konsert proqramları ilə Qiyaslı kənd uşaq musiqi məktəbinin konsert zalında çıxış etmişlər.Konsertdə Ağcabədi Regional Mədəniyyət İdarəsnin rəisi Rza Quluyev iştirak etmiş adı çəkilən məktəblərin konsert proqramını dinləyərək çıxışlara münasibət bildirmiş və dəyərli tövsiyələrini vermişdir.Musiqi məktəblərinin kollektivləri İdarənin təşkilatçılığı ilə keçrilən bu və ya digər tədbirlərin məktəbin fəaliyyətində, şagirdlərin və müəllimlərin hazırlıq, ifaçılıq səviyyəsinin yüksəldilməsində müstəsna rolu olduğunu vurğulayaraq bu səpkidə tədbirlərin keçrilməsinə görə Hörmətli Rza müəllimə minnətdarlıqlarını bildirmişlər.