26.07.2018
Ağcabədi Regional Mədəniyyət İdarəsinin 02 07 2018 ci il tarixli,01 Sərəncamına əsasən Ağcabədi Mərkəzi kitabxanasının Uşaq şöbəsində və kənd kitabxana filiallarında yay mövsümü dövründə insanların asudə vaxtının səmərəli təşkil edilməsi məqsədi ilə “Yay məktəb” ləri yaradılıb və rayonun görkəmli uşaq əyləncə mərkəzində tədbirlər təşkil edilib. 26 iyul 2018-ci il tarixdə Mərkəzi Kitabxananın Uşaq şöbəsi uşaqlar üçün əyləncə yerində “Yay məktəbi “ təşkil edib,”Yay tətilini kitabla keçirək” başlıqlı bu tədbir valdeyinlər və uşaqlar tərəfindən böyük razılıqla qarşılanıb.Kitabxana işçiləri tədbirdə nümayiş etirilən kitablar haqqında oxuculara ətraflı məlumat verib,kitab seçməkdə onlara kömək edib kitabxanada oxuya biləcək kitabların kataloqlarını və tövsiyyə ədəbiyyat siyahısını hazırlayıblar,. Eyni zamanda,uşaq şöbəsinin işçiləri fiziki cəhətdən qusurlu uşaqlara evlərdə kitabxana xidməti təşkil ediblər.