Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yurdda sülh Cahanda sülh

21.09.2018

Bildiririk ki, Ağcabədi rayon MKS-də 21 sentyabr “Beynəlxalq Sülh Günü” münasibəti ilə xüsusi Tədbirlər Planı hazırlanıb, silsilə tədbirlər həyata keçirilib. Metodik və biblioqrafik məlumatlar hazırlanıb, sərgi və foto-stendlər təşkil edilib. Mərkəzi kitabxana və kənd kitabxana filiallarında “Dünyaya sülh gərəkdir”, “Sülh inkişafın təməlidir”, “Yurdda sülh cahanda sülh” başlıqlı tədbirlər hazırlanıb. Məktəbli oxucular arasında “Sülh gününün mahiyyəti nədir?” başlıqlı sorğular keçirilib.     Mərkəzi Kitabxana 21 sentyabr “Beynəlxalq Sülh Günü” münasibətilə QHT olan Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional ofisi ilə birlikdə “Sülh aylığı” çərçivəsində tədbir keçirib.     Keçirilən tədbirlərdə XX əsrdə tarixin ən dəhşətli genosid siyasətinin davamı olaraq Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü nəticəsində 20 faizdən çox torpaqlarımızın işğalı, 1 milyondan artıq soydaşımızın yaşayış yerindən didərgin düşməsi, təhsil və mədəniyyət ocağının dağıdılması, dini və tarixi abidələrimizin yerlə yeksan olması xüsusilə qeyd olunmuşdur.     Tədbirlərdə çıxış edənlərin hər biri onu da qeyd etdilər ki, görkəmli dövlət xadimi,  Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda ikinci dəfə  hakimiyyətə qayıtdıqdan sonra hər şeydən əvvəl böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını aldı, 1994-cü ilin mayında atəşkəs imzaladı, müharibəni dayandırdı, sabitliyə nail oldu.
Sülh arzusu həm dövlətimizin həm də hər bir vətəndaşımızın arzusudur.Keçirilən tədbirlər barədə Regional Mədəniyyət İdarəsinin, MKS-nin veb saytlarında və sosial şəbəkədə məlumatlar yerləşdirilib.