05.11.2018
04 Noyabr, 2018-ci il tarixdə Ağcabədi rayonunda Azərbaycan Gənclər İttifaqı, Azərbaycan Rəqs Assosiasiyasının və Azərbaycan Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə “II Qarabağ Kuboku” rəqs yarışması keçirilmişdir. Rəqs yarışması Yaqub Məmmədov adına Ağcabədi Mədəniyyət Mərkəzində baş tutmuşdur. Yarışmada Bakı, Sumqayıt, Gəncə, Tovuz, Şəki, Şəmkir, Bərdə və Ağcabədi rayonlarının Musiqi Məktəblərinin rəqs kolletivləri iştirak etmişlər. Rəqs kollektivləri və onların üzvləri Folklor (milli və xalq rəqsləri), müasir və sosial rəqslər, Tanqo, Hip Hop, Modern və Baby Şou kimi rəqs növləri üzrə yarışmışlar. Yarış ərzində 83 rəqs nömrəsi nümayiş olunmuşdur. Sonda qalib gəlmiş qrup iştirakçılarının çıxışları professional münsiflər heyəti tərəfindən kubok və laureatlarla qiymətləndirilmişdir. Üzeyir Hacıbəyli adına Ağcabədi Şəhər Uşaq İncəsənət Məktəbinin kollektivi 1-ci və 2-ci yerlər tutmaqla yarışmanın 2 kubokunu və Laureat adını qazanmışlar. Belə ki, 8 yaş qrup üzrə Klassik rəqs üzrə “Venski vals” rəqsli ilə yarışmanın I yerini və kubokunu, “Alov” rəqsi ilə yenə I –lik və kubok və “Tacik” rəqsi ilə rəqs yarışmasının laureatını qazanmış Üzeyir Hacıbəyli adına Ağcabədi Şəhər Uşaq İncəsənət məktəbinin rəqs kollektivinin bütün çıxışları münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilimişdir. Saat 1300-dan start götürən rəqs yarışması axşam saatlarına qədər davam etmişdir.