23.01.2019
23 yanvar 2019-cu il tarixdə Ağcabədi Rayon Tarix-Diyarşünaslıq Muzeyində Ağcabədi Regional Mədəniyyət İdarəsini əhatə edən (Ağcabədi, Ağdam, Laçın) rayonların mədəniyyət müəssisələrinin rəhbər işçiləri ilə hesabat yığıncağı keçirilmişdir. Hesabatı giriş nitqi ilə Regional İdarənin rəisi Rza Quluyev açaraq 2018-ci il ərzində görülmüş işlər, mövcud problemlər və qarşıda duran məsələlərlə bağlı məlumat verdi. Həmçinin, mədəniyyət müəssisələrinin fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılmasının, internet resurslarından, sosial şəbəkələrdən səmərəli istifadənin vacibliyindən danışdı. Daha sonra Regional İdarənin məsləhətçisi Rza Nizami, baş mühasibi Muxtarov Namizəd çıxış edərək 2018-ci il ərzində görülmüş işlərdən, qazanılmış nailiyyətlərdən danışmış və 2019-cu ildə Regional İdarənin tabeliyində fəaliyyət göstərən bütün müəssisələr üzrə işlərin müasir tələblərə uyğunlaşdırılması və mövcud problemlərin aradan qaldırılması ilə bağlı öz tövsiyə və tapşırıqlarını vermişdirlər.