Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam Dövlət Rəsm Qalereyasında ”Uşaqlar bizim gələcəyimizdir”adlı Dəyirmi Masa keçirilib

01.06.2023

01 iyun 2023-cü il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam  Dövlət Rəsm Qalereyasının və MKS-nin 36 saylı Ağdam şəhər kitabxanasının birgə təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ”Uşaqlar bizim gələcəyimizdir” adlı dəyirmi masa keçirilib.

Öncə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxışlar edilərək,  Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi mövzusunda fikirlər səsləndirilib. Bildirilib ki, ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir.   

 

210.4 KB

 

207 KB

 

163.1 KB

 

272.8 KB