18.10.2017
Ağcabədi rayonu Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən dərnəklərin fəaliyyəti yeni tədris ilində də uğurla davam edir.
18 oktyabr 2017-ci il tarixdə Mərkəzdə fəaliyyət göstərən Tikiş dərnəyinin növbəti məşğələsi oldu. Məşğələ zamanı proqrama uyğun olaraq dərnək üzvlərinə “Tam ölçülərin götürülmə qaydası” keçirilib. Tam ölçülərin 10 növü ( kürəyin eni, bel dairəsi, çiyin xətti, bədən uzunluğu, yan dairəsi və s.)vardır ki, bunların da hər biri məşğələ zamanı dərnək üzvlərinə öyrədilmişdir.