Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvləri bəlli oldu

21.07.2023

Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvləri bəlli oldu

“İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanunu"na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq 20 iyul 2023-cü il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin ikinci mərhələsi keçirilib, qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış 6 namizəd İctimai Şuranın üzvü seçilib:

Cəfərov Nizami Qulu oğlu - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü

Allahyarlı Nihad Vüqar oğlu - “DAVAM” Gənclər Hərəkatı ictimai birliyi

Bəbirova Ülviyyə Firudin qızı - "Mədəniyyət Könüllüləri" ictimai birliyi

Nəzərova Adilə Həsən qızı - "Kitab evi" ictimai birliyi

Salayev Ayaz Ramiz oğlu - Əməkdar incəsənət xadimi

Verdiyeva Bəyimxanım İsfəndiyar qızı - "Xan Şuşiniski" Fondu

Xatırladırıq ki, 17 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin birinci mərhələsi keçirilib, qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış Yolçuyev Əkbər Mehdi oğlu (Azərbaycan Yazıçılar Biriyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü), Mustafayeva Samirə Vəli qızı (“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi ictimai birliyi), Qədirov Vuqar Kərim oğlu  (Aydınlar Ocağı” Humanitar ictimai birliyi)

Hər iki seçkinin nəticəsi olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya ümumilikdə 9 üzv seçilib.

 

769.1 KB

 

797.1 KB

 

636.3 KB

 

835.6 KB

 

423 KB