07.11.2023
7 noyabr 2023-cü il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Ağdam Rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Zaur İmanov adına Zəngişalı kənd Mədəniyyət evi Zəfər Günü münasibətilə "Şanlı zəfərə aparan yol" adlı tədbir keçirilib.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra iştirakçılar çıxış edərək, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbədən danışıblar.
Daha sonra vətənpərlik mövzusunda şeirlər səsləndirilib.