Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Agcabədi rayonunda 8-mart Beynəlxalq qadınlar bayramı qeyd edilib.

08.03.2019

08 Mart, 2019-cu il tarixdə Ağcabədi rayonunda “8 Mart – Beynəlxalq Qadınlar Bayramı” münasibətilə ümumrayon bayram tədbiri keçirilmişdir. Bayram tədbiri saat 11-00 – da “Qızıl Saray” şadlıq evində keçirilmişdir. Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti Başçısı və onun aparat işçiləri, Ağcabədi Regional Mədəniyyət İdarəsi kollektivi, rayonun ziyalı xanımları və rayon ərazisində yerləşən “N” saylı hərbi hissədən tədbirə dəvət olunmuş  bir qrup əsgər və zabitlər iştirak etmişdir. Bayram tədbiri Azərbaycanın Dövlət Himinin səslənməsi ilə başlamışdır. Təbrik nitqi ilə çıxış edən Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov əlamətdar bayram münasibətilə tədbirdə iştirak edən qadınların timsalında bütün ağcabədili xanımları təbrik etmiş, onlara can sağlıqlı uzun, mənalı, səadət dolu ömür arzu etmişdir. Daha sonra rayonun ictimai-siyasi həyatında fəal olan bir qrup ziyalı  xanımlar Fəxri Fərmanlar və digər qiymətli hədiyyələrlə təltif edilmişlər. Bayram tədbirinin musiqili bədii hissəsinə başlayan Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağcabədi Şəhər Uşaq Musiqi məktəbinin müəllimlərindən ibarət musiqili ansamblı əsl bayram abu-havalı, geniş, şən əhval-ruhiyyəli musiqi repertuarı təqdim edərək konsert proqramı ilə çıxış etmişlər. Müğənnilərin oxuduqları bayram mahnılar, səslənən şeirlər, Üzeyir Hacıbəyli adına Ağcabədi Şəhər Uşaq İncəsənət məktəbinin birləşmiş rəqs kollektivinin və Heydər Əliyev Mərkəzinin “Rəqs” kursunun balaca rəqqasələrin nümayiş etdirdikləri rəqs nümunələri tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanmışdır.  “8 Mart – Beynəlxalq Qadınlar Bayramı münasibətilə keçirilən ümumrayon bayram tədbiri 2 saata yaxın davam etmişdir.