01.12.2023
01 dekabr 2023--cü il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Ağdam rayon Seyidli kənd uşaq musiqi məktəbinin kollektivi “03 Dekabr - Ümumdünya Əlillər Günü” münasibətilə Yevlax Əlillərin Regional Bərpa Mərkəzində konsert proqramı ilə çıxış edib. Tədbir zamanı iştirakçılar tərəfindən çıxışlar edilərək, dövlətimizin əlil insanlara göstərdiyi diqqət və qayğıdan danışılıb. Daha sonra məktəbin kollektivi tərəfindən müxtəlif mahnılar səsləndirilib.