01.05.2024
01 may 2024-cü il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Ağdam Rayon MKS-nin 19 saylı Üçoğlan kənd kitabxanasında görkəmli Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi ilə əlaqədar “Dahi sənətkar” adlı tədbir keçirilib.
Tədbir zamanı Məhəmməd Füzulinin həyat və yaradıcılığı haqqında məlumat verilib, şairin "Söz", "Məni candan usandırdı" qəzəlləri səsləndirilib və "Meyvələrin söhbəti" alleqorik poemasının əsasında səhnəcik nümayiş etdirilib.
Tədbirin sonunda kitabxananın rəsm dərnəyinin üzvlərinin Məhəmməd Füzuliyə və əsərlərinə həsr etdikləri rəsmlərə baxış keçirilib.