18.03.2019
Ağcabədi rayon MKS-nin Mərkəzi kitabxanasının Uşaq şöbəsi şəhər 6 saylı Uşaq bağçasında “Yurdumuza bahar gəlir” başlıqlı tədbir təşkil ediblər. Uşaq şöbəsinin Baş kitabxanaçısı M. İbrahimova uşaqlara Novruz bayramı haqqında məlumat verərək bildirib ki, bayramlar içində bizə əziz və doğma olan ən sevimli bayram Novruz bayramıdır. Uzun illər taleyinə ağrı-acı düşən, lakin unudulmayan bu bayram bizim milli bayramımızdır.Xalqımızın uca tutduğu Novruz bayramının çox qədim tarixi var. O bizə ulu keçmişimizdən - zərdüştlük dövründən yadigar qalıb. Məlumdur ki, xalqımız keçmişdə zərdüştlük dininə sitayiş etmiş, odu müqəddəs sanmışdır. Novruz bayramının bir çox adət-ənənələrində də atəşpərəstliyin izləri aydın görünür. Novruz ərəfəsində ilaxır çərşənbələrində qalanan bayram tonqalları buna misaldır. «Ağırlığım, uğurluğum odda yansın» deyib tonqalların üstündən atlanan insanlar bununla bəd nəzərləri, pislikləri, şər qüwələri odda yandırdıqlarına və yeni, təmiz həyata başladıqlanna inanclarını ifadə etmişlər və bu, indi də Novruz şənliklərinin əsas atributlarındandır.Novruz «təzə il» deməkdir, baharın ilk günüdür. Bütün müsəlmanların həyatında əsl yeni ilə həmin gündən başlanır. Novruzun gəlişi ilə evlərə, ailələrə yeni büsat, şadlıq və sevinc gətirir. Hamı bu bayramı yüksək təntənə ilə, ürək sevinci ilə, qəlb fərəhi ilə qarşılayırTədbirdə M.İbrahimova uşaqlara təşkil olunmuş kitab sərgisi haqqında da məlumat verdi. Tədbir bağça uşaqlarının hazırladığı ədəbi-bədii kompozisiya ilə başa çatdı.