Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan tarixində daha acı bir gün Mədəniyyət işçiləri tərəfindən anıldı

31.03.2019

“31 mart - azərbaycanlıların soyqırımı günü” ilə əlaqədar Ağcabədi Regional Mədəniyyət İdarəsini əhatə edən ( Ağcabədi, Ağdam, Laçın) rayonlarında silsilə tədbirlər keçirilmişdir.Belə ki, Regional İdarənin tabeliyində fəaliyyət göstərən mərkəzi kitabxana və kitabxana filiallarında, klub müəssisələrində, muzeylərdə, uşaq musiqi, incəsənət məktəblərində 1918-ci il 31 mart soyqrımı ilə əlaqədar geniş tədbirlər - seminarlar, dəyirmi masalar, soyqrımı özündə əks etdirən kitab, jurnal, qəzetlərdən və rəsm əsərlərindən ibarət sərgilər təşkil olunmuş, muzey işçiləri tərəfindən müxtəlif təhsil olcaqlarında mühazirələr oxunmuşdur.31 mart 2019-cu il tarixdə Ağcabədi rayon “Şəhidlər Xiyaban”-ında Ağcabədi rayon  mədəniyyət işçilərinin iştirakı ilə soyqırım qurbanlarının və Qarabağ müharibəsində canlarından keçmiş Vətən oğullarının xatirəsinə ucaldılmış abidə ziyarət edilmiş, tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canından keçmiş  şəhidlərimizin məzarı üzərinə tər-çiçəklər düzərək onların ruhunu yad etmişlər.