08.04.2019
Balaca Mehribanın dünyaya gəlişi bizi, Azərbaycan xalqını on milyonluq xalqlar cərgəsinə çıxartdı. Bu rəqəm ölkəmiz üçün olduqca əhəmiyyətli statistik bir göstərici kimi qeydə alınıb. Bu münasibətlə respublikanın demək olar ki, hər yerində silsilə tədbirlər keçirilmişdir. Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Laçın nümayəndəliyində, 07.04.2019-cu il tarixdə Laçın rayon “Taxta Körpü” qəsəbəsində, Laçın rayon Mədəniyyət Evinin qarşısında tədbir keçirilmişdir. Təxminən 1 saat davam edən tədbirdə mədəniyyət işçiləri konsert proqramı ilə çıxışlar etmişlər.07.04.2019-cu il tarixdə Ağcabədi rayonunda “Biz artıq 10.000.000-luq ölkəyik” adlı böyük ümumrayon bayram tədbiri keçirilmişdir. Tədbir Ağcabədi İcra Hakimiyyəti və Ağcabədi Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirildi. Saat 18-00 – da başlayan və Heydər Əliyev Meydanında baş tutan tədbirdə rayon rəhbərliyi, onun aparat kollektivi, Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan bütün mədəniyyət müəssisələri, idarə, müəssisə, təşkilat kollektivləri, gənclər və tələbələr iştirak etmişlər. Tədbirdə Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Ağcabədi Şəhər Uşaq Musiqi məktəbinin musiqili ansamblı əsl bayram abu-havalı konsert proqramı ilə çıxış etmişlər. Ölkəmizi, xalqımızı, dövlətçiliyimizi tərənnüm edən mahnılar, nümayiş olunan rəqs nümunələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır. Ağcabədi Pedaqoji Kolecinin tələbələrinin təşkil etdikləri falş-mob olduqca maraqlı alındı. Təxminən 250 gəncin iştirakı ilə”Yallı” rəqsinin müşayiəti ilə meydanda 10.000.000 rəqəminin uğurla yazılması sürəkli alqışlarla qarşılanmışdır. 2,5 saat davam edən tədbir möhtəşəm atəşfəşanlıqla başa çatmışdır.Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağdam nümayəndəliyində Əfətli Şəhər Uşaq Musiqi məktəbi, Güllücə Şəhər Uşaq Musiqi məktəbi, Xındırıstan kənd Ş.Bayramov adına Uşaq Musiqi məktəblərində də “Biz 10.000.000-luq xalqıq” adlı bayram tədbirləri keçirilmişdir. Bu gün isə saat 17-00 – da Ağdam rayonunda ümumrayon bayram tədbirinin keçirilməsi nəzərdə tutulub.