Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon MKS-nin Mərkəzi Kitabxanasında“Bir xalqın taleyini dəyişən ömür: Heydər Əliyev!” adlı tədbir keçirilib

13.05.2025

13 may 2025-ci il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Ağdam rayon MKS-nin Mərkəzi Kitabxanasının əməkdaşları tərəfindən təşkil edilən kitab bayramında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş “Bir xalqın taleyini dəyişən ömür: Heydər Əliyev!” adlı tədbir təşkil olunub.Əvvəlcə kitab sərgisinə baxış keçirilib, qonaqlara sərgi haqqında məlumat verilib.Tədbir zamanı Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ulu öndərin həyat və siyasi fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirin bədii hissəsində Ağdam rayon Qaradağlı kənd uşaq musiqi məktəbinin müəllim-şagird kollektivi və 18 saylı tam orta məktəbin şagirdlərinin ifalarında mahnılar, şeirlər ifa olunub və rəqslər nümayiş etdirilib.

#ÜmummilliLiderHeydərərƏliyev

#QarabağRMİ #AğdamRayonMKS

#ÜmumilliLider #DahiŞəxsiyyət #UluöndərHeydərƏliyev

 

 

69.5 KB

 

74.4 KB

 

72.2 KB

 

73.7 KB

 

71.3 KB