06.05.2025
O6 may 2025-ci il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Qeys Əliyev adına Üçoğlan kənd Mədəniyyət evi və 6 saylı Səfərli kənd kitabxanasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 102 illiyinə həsr olunmuş, “Heydər “xalq” deyəndə xalq “Heydər” deyəcək” adlı tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra mövzu ətrafında çıxışlar edilərək, Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən danışılıb. Bildirilib ki, xalqımızın müstəqillik yolunda qazanılan uğurlarda başlıca imza məhz Heydər Əliyevə məxsusdur. Daha sonra ümummilli liderin həyatına həsr olunmuş film izlənilib.
Tədbirin sonunda Ulu Öndərə həsr olunmuş şeir və mahnılar səsləndirilib