07.05.2025
07 may 2025-ci il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə rayon Heydər Əliyev Mərkəzində Ümummilli ilder Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Dünya siyasi elitasının ən uca zirvəsi - Heydər Əliyev” adlı tədbir keçirilib.Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra çıxışlar edilərək Heydər Əliyevin həyatı və ictimai-siyasi fəaliyyəti haqqında danışılıb. Daha sonra Heydər Əliyevə həsr olunmuş, “ Ulu öndər “ və “Ana Vətən “ adlı şeirlər səsləndirilib.
Sonda tədbirdə iştirak edən şagirdlər ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.