Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Quzanlı qəsəbə Mədəniyyət evində “Əbədiyaşar liderimiz” adlı tədbir keçirilib

07.05.2025

7 may 2025-ci il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Ağdam rayon Mədəniyyət Mərkəzi və Quzanlı qəsəbə Mədəniyyət evinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş, “Əbədiyaşar liderimiz” adlı tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Sonra mövzu ətrafında çıxışlar edilərək ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən danışılıb.

Çıxışlardan sonra Ağdam rayon Xındırıstan kənd uşaq musiqi məktəbinin müəllim və şagirdlərinin və orta məktəb şagirdlərinin ifasında musiqilər, rəqslər ifa olunub, şeirlər söylənilib.

Daha sonra Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub.

Sonda mədəniyyət işçiləri və tədbir iştirakçıları Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Ağdam rayon Komitəsi tərəfindən fəxri fərmanlarla təltif ediliblər.

 

219.3 KB

 

155.7 KB

 

225.2 KB

 

67.9 KB

 

61.8 KB