01.06.2025
1 iyun 2025-ci il tarixində Füzuli şəhərində yerləşən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində Füzuli rayonunun ərazisində fəaliyyət göstərən, Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində olan uşaq musiqi məktəblərinin və Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin iştirakı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş, “Uşaqlar gələcəyimizdir” adlı konsert proqramı təşkil edilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Sonra Qarabağ Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov giriş nitqi ilə çıxış edərək uşaqları təbrik edib, onlara xoş arzularını çatdırıb. Tədbirin bədii hissəsində iştirakçılar musiqi və folklor nümunələri ilə çıxış ediblər.
Tədbirin sonunda mərkəzin həyətində müxtəlif növ ağaclar əkilib.