Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi rayon Mərkəzi Kitabxanasında Qiraət müsabiqəsi keçirilib

09.04.2019

Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Ağcabədi rayon MKS-də "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı"nın icrası məqsədilə silsilə tədbirlər keçirilir. 09 aprel 2019-cu il tarixdə Ağcabədi rayon Mərkəzi Kitabxanasında Qiraət müsabiqəsi keçirilib. Müsabiqə məktəb yaşlı oxucular arasında təşkil edilib. Tədbiri giriş sözü ilə MKS-inin direktor müavini Təranə Məmmədova açaraq bildirmişdir ki, Təyin olunmuş şərtlərə əsasən, müsabiqəyə Nəsiminin şeirləri və Nəsimi irsinə həsr olunmuş əsərlər təqdim olunub.Qaliblər seçilmiş şeirin məzmuna uyğun jest və mimikalardan, səs tonundan məqsədyönlü istifadə edilməsi, nitqin aydınlığı, səlisliyi və ifadəliliyi, təqdimetmə bacarığı, ifa üçün ayrılmış vaxta riayət edilməsi kimi meyarlara əsasən müəyyənləşdirilib.Sonda münsiflər heyyəti tərəfindən 4 qalib seçilmişdir: I yer- Quliyev Elgün Ramiz oğlu(4 saylı tam orta məktəb),  II yer -Məmmədov Vahid Vüsal oğlu (4 saylı tam orta məktəb) , III yer (2 nəfər) -Xəlilova Nurcan (3 saylı tam orta məktəb), Məmmədov Heydər Vüsal oğlu (4 saylı orta məktəb) . Qaliblərə sonda Ağcabədi rayon MKS-inin direktoru Məhəbbət Əliyeva tərəfindən Fəxri Fərmanlar təqdim olunmuşdur.