13.01.2026
Dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə təsis edilmiş “Üzeyir Hacıbəyli mükafatı”nın təqdim edilməsi ilə bağlı müsabiqə uğurla yekunlaşıb. Yekun tədbirində Qarabağ Regional Mədəniyyət İdarəsi Ağdam rayon Gülablı kənd Uşaq musiqi məktəbinin xanəndəlik müəllimi Habil müəllimə qalib olması münasibətilə mükafat təqdim olunub.