14.05.2019
Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Ağcabədi rayon Mərkəzi Kitabxananasının Oxuculara xidmət şöbəsinin əməkdaşları 15 may Beynəlxalq Ailə Günü münasibətilə Ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği məqsədi ilə bu gün kitabxananın fəal oxucularından olan şəhər sakini, təqaüdçü Fərzəliyev Fəxrəddinin evində olmuşlar. Fəxrəddin müəllim söhbət əsnasında bildirdi ki, ailə sağlam olmazsa, cəmiyyətin sağlam olmasından danışmaq mümkün deyil. Kitabxanın əməkdaşları Beynəlxalq Ailə Günü münasibətilə bütün ailələri təbrik edib, onlara uzun ömür və xoşbəxtlik arzulayıb