Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi Regional Mədəniyyət İdarəsinin seminar müşavirəsi keçirilmişdir

29.05.2019

29.05.2019-cu il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Yaqub Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzində mərkəzləşdirilmiş kitabxana sistemi və klub müəssisələrinin seminar müşavirəsi keçirilmişdir. Seminarı Regional İdarənin rəisi Rza Quluyev giriş nitqi ilə açmış, 2019-cu ilin yanvar ayından bəri keçirilmiş tədbirlər və görülmüş işlər haqqında ümumi məlumat vermiş, həmçinin ötən bir ay ərzində görülmüş işlərin hesabatları dinlənilmişdir. Həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mədəniyyət sahəsində verdiyi 15 yanvar 2019-cu il tarixli fərmanından irəli gələn və qarşıda duran məsələlərlə bağlı müzakirələr aparılmışdır. Sonda Regional İdarənin rəisi Rza Quluyev öz tövsiyələrini vermişdir.