Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində kursların buraxılış tədbiri keçirilib

12.06.2019

“15 iyun – Milli Qurtuluş günü” və Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən kursların buraxılışı ilə əlaqədar olaraq 11 iyun 2019-cu il tarixdə saat 10:00-da Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Heydər adlı Günəş sönməz” başlıqlı tədbir keçirilmişdir. Öncə tədbir iştirakçıları foyedə təşkil edilmiş sərgidə “Rəsm”, “Toxuculuq”, və “Maraqlar üzrə əl işləri”  kursların üzvlərinin əl işləri ilə tanış olmuşlar.     Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa tədbiri giriş sözü ilə açaraq Dahi Liderimiz Heydər Əliyevin Azərbaycan naminə gördüyü işlərdən söz açmış, onun ideyalarını təbliğ edən Heydər Əliyev Mərkəzində   fəaliyyət göstərən kurslar haqqında da ətraflı məlumat verərək bildirmişdir  ki, burada fəaliyyət göstərən kurslar əhalinin tələbatına uyğun olaraq yaradılmışdır. “Həvəskar aktyorluq və bədii qiraət”, “Maraqlar üzrə əl işləri”, “Tikiş”, “Toxuculuq”, “Rəssamlıq”, “Rəqs” və “Xalçaçılıq” kurslarında hər il ümumilikdə 200-dən artıq uşaq, gənc və orta yaşın nümayəndələri müxtəlif peşə və bacarıqlara yiyələnirlər. Eyni zamanda kurs üzvləri  ilə birgə keçirilən müxtəlif səpgili tədbirlər, film nümayişləri, onların vətənpərvər gənclik kimi yetişməsinə  böyük şərait yaradır.Sonra çıxış edən “Həvəskar aktyorluq və bədii qiraət” kursunun rəhbəri Gündüz Sevindik mərkəzdə fəaliyyət göstərən  kursların əhəmiyyətindən söz açaraq bildirimişdir ki, “Həvəskar aktyorluq və bədii qiraət” kursunun üzvləri il ərzində keçirilən ümumrayon tədbirilərində, N saylı hərbi hissələrədə və xüsusi günlərdə keçirilən digər təbliğatyönümlü tədbirlərdə fəal iştirakına görə fəxri fərmanlar və diplomlarla təltif olunmuş, müxtəlif müsabiqələrdə qalib olmuşlar.Daha sonra “Həvəskar aktyorluq və bədii qiraət” kursunun üzvlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olundu.Yekunda kursları uğurla başa çatdıranlara kurs rəhbərlərinin iştirakı ilə sertifikatlar təqdim edildi.