07.09.2017
Ağcəbədi Regional Mədəniyyət və Turizm İdarəsinin Laçın rayon nümayəndəliyində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan kinosunun 2008-2018 –ci illər üzrə inkişafına dair” Dövlət Proqramının icrasının təmin olunması məqsədilə Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevin 7 sentyabr tarixli əmrinə əsasən müşavirə keçirilmişdir.
Tədbirdə Laçın rayon Mədəniyyət işçiləri,rayon ictimayyəti və kinosevərlər iştirak etmişdir. Müşavirəni giriş sözü ilə Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin Laçın Rayonu üzrə nümayəndəsi Asif Əliyev açaraq Cənab Prezidentin milli kinonun inkişafına dair sərəncamını və Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevin imzaladığı əmri rayon ictimaityətinə çatdırmış və Ulu Öndərin mədəniyyət və incəsənət işçilərinə kino sahəsində çalışanlara daim diqqət yetirməsini qeyd etmiş, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həmin ənənələri uğurla davam etdirməsini nəzərə çatdırmışdır.
Daha sonra Laçın Rayon Mədəniyyət Mərkəzinin direktoru Sadıq Axundov Qəhrəmanlıq tariximizdən bəhs edən Cavad xan filmi və son dövrdə ərsəyə gələn və bir neçə beynəlxalq kino festivallarda uğur qazanmış quruluşçu rejissor və ssenari müəllifi Amil Məmiyevin “Qara Bağ” filmi haqqında məlumat vermiş və filmlərin nümayişi təşkil olunmuşdur.