Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Yeni il tədbiri keçirilib

25.12.2019

        24 dekabr 2019-cu il tarixdə Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Ağcabədi rayon Heydər Əliyev Mərkəzi, Ağcabədi Günərzi Qayğı Mərkəzi  və   Ağcabədi  İcma əsaslı Reablitasiya Mərkəzinin birgə təşkilatçılığı tədbir keçirildi. Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva, Ağcabədi Günərzi Qayğı Mərkəzinin rəhbəri  Gülər Cəfərova, mədəniyyət işçisi Gündüz Sevindik, Ağcabədi  İcma əsaslı Reablitasiya Mərkəzinin rəhbəri  Əsmər Mahmudova, Gənclərin İnkişaf və  Karyera Mərkəzinin  Ağcabədi nümayəndəliyinin rəhbəri Əli Əhmədov çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir iştirakçılarını təbrik etdilər.Daha sonra tədbirin bədii hissəsinə başlanıldı. Heydər Əliyev Mərkəzinin “Rəqs” kursunun üzvlərinin və Günərzi Qayğı Mərkəzi  uşaqlarının ifasında bir-birindən gözəl, maraqlı rəqs nömərələri təqdim olundu. Şaxta baba, qar qız və cizgi filmlərinin qəhrəmanlarının qatıldığı tədbirdə, həmçininAğcabədi Günərzi Qayğı Mərkəzi  və   Ağcabədi  İcma əsaslı Reablitasiya Mərkəzi uşaqlarının ifasında şeirlər səsləndi, Yaqub Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzinin rəqs qrupunun və Heydər Əliyev Mərkəzinin Həvəskar Aktyorluq və bədii qiraət kursunun üzvlərinin ifasında “Azərbaycan” kompozisiyası nümayiş olundu.Sonda balacalara Ağcabədi rayon İcra Hakimiyyəti tərəfindən yeni il hədiyyələri təqdim olundu