Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Yeni il şənliyi keçirilib

28.12.2019

28 dekabr 2019-cu il tarixdə Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə geniş tədbir keçirildi. Tədbir Heydər Əliyev Meydanında gözəl bəzədilmiş yolka ağacı ətrafında baş tutdu. Tədbirdə bir-birindən gözəl, rəngarəng rəqs nömrələri, kompozisiyalar nümayiş etdirildi, mahnılar, şeirlər səsləndirildi. Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin rəqs kursu, Həvəskar aktyorluq və bədii qiraət kursu ilə yanaşı tədbirdə Ü. Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin, Ağcabədi şəhər Uşaq Musiqi məktəbinin, şəhər 5 saylı uşaq bağçası körpələr evinin, Yaqub Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzinin şagirdləri, dərnək üzvləri, Ağcabədi İcma əsaslı Reablitasiya Mərkəzinin uşaqları və digərləri rəngarəng nömrələrlə çıxış etdilər