Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhər Uşaq musiqi məktəbi möhtəşəm yeni il tədbiri keçirdi

07.01.2020

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəlik günü​ ​ və 2020-ci il yeni il münasibəti ilə Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Şəhər Uşaq musiqi məktəbinin müəllim və şagird kollektivi Rayon İcra Hakimiyyətinin binası qarşısında Heydər Əliyev adına meydanda rəngarəng proqramla möhtəşəm tədbir keçirmişlər.Əyləncəli proqramda Şaxta baba və Qar qızın gəlişi tədbirimizi daha da şən etdi.Bir-birindən gözəl ifalar və rəqs nömrələri tədbir iştirakçılarının zövqünü oxşayırdı.Məktəbimizin hazırladığı əyləncəli yeni il şənliyi proqramı tədbir iştirakçılarının surəkli alqışları altında sona çatdı