Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi rayon Tarix-Diyarşunaslıq muzeyinin əməkdaşları tərəfindən məruzələr davam edir

17.01.2020

“20 Yanvar – Ümumxalq Hüzn günü”  ilə əlaqədar olaraq təsdiq olunmuş tədbirlər palnına uyğun olaraq Ağcabədi RMİ Ağcabədi rayon Tarix-Diyarşunaslıq muzeyinin əməkdaşları Ağcabədi rayon ümumtəhsil məktəblərində məruzələrlə çıxış edirlər.  15 yanvar 2020-ci il tarixdə muzeyin elmi işçisi Hacıyeva Raya Ş.Hüseynov adına 2 saylı tam orta məktəbin I və VI siniflərində  “20 Yanvar xalqımızın şərəf və tarixi səhifəsidir” adlı mühazirə ilə çıxış edib. 20 Yanvar faciəsi haqqında ətraflı məlumat verən məruzəçi bildirilmişdir ki, 30 il öncə baş verən və 137 insanın qətlə yetirildiyi, 744 nəfərin yaralandığı, 841 nəfərin  qanunsuz həbs edildiyi  o müdhiş gecə hər birimizin yaddaşına əbədi olaraq həkk olunub. Mühazirədə çıxış edən Raya Hacıyeva 1990-cı ilin yanvar hadisələri barədə danışıb, Azərbaycanın azadlıq və müstəqillik uğrunda apardığı mübarizə əzminin qırılması məqsədi ilə o zamanki SSRİ rəhbərliyinin göstərişi ilə sovet ordusu tərəfindən törədilmiş qanlı qırğın barədə ətraflı məlumat verib. O, sovet rəhbərliyinin düşüncəsinin əksinə olaraq, törədilmiş bu qırğın və vəhşiliyin xalqımızın müstəqillik ruhunu daha da gücləndirdiyini qeyd edib. Muzeyin digər elmi işçisi Z.Səmədova məruzə ilə çıxış edərək 20 Yanvar hadisələrinin Azərbaycan xalqının tarixində azadlıq və suverenlik uğrunda mübarizə salnaməsi kimi ən şərəfli və parlaq səhifələrindən biri olduğunu bildirib, faciə zamanı xalqımızın yüzlərlə oğul və qızlarının şəhidlik zirvəsinə ucaldığını diqqətə çatdırıb. O, həmçinin qeyd edib ki, qanlı hadisələrə ilk olaraq münasibət bildirən ümummilli lider Heydər Əliyev öz ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, bu hadisələrin hüquqa, demokratiyaya və humanizmə qarşı olduğunu bildirib, Azərbaycan xalqının haqq səsini bütün dünyaya çatdırıb. Daha sonra Qanlı Yanvar hadisələri ilə bağlı məktəbin dəhlizində təşkil olunan sərgiyə baxış keçirilib və şagirdlərin çıxışında bədii kompozisiyadan ibarət şerlər söylənilib