Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi rayon Mədəniyyət Mərkəzində Ağcabədi Regional Mədəniyyət İdarəsinin seminar-müşavirəsi keçirildi

29.01.2020

29 yanvar 2020-ci il tarixdə Y. Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzində Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağcabədi rayon mədəniyyət müəssisələrinin seminar-müşavirəsi keçirilmişdir. Seminarda müəssisə rəhbərləri ötən il ərzində gördükləri işlərin hesabatlarını təqdim etdilər. MKS və mədəniyyət mərkəzinin direktorları çıxış edərək 2019-cu il ərzində görülmüş işlərdən, mövcud problemlər və qarşıda duran vəzifələr, eləcə də Azərbaycan Respublikasının Prezidentinin Sərəncamlarına əsasən görkəmli şəxslərin yubiley tədbirlərinin keçirilməsindən, son zamanlar mədəniyyət sahəsində aparılan islahatlar haqqında məlumat vermiş, ödənişli xidmətlərin tətbiq olunmasının vacibliyini qeyd etdilər.Daha sonra seminar diskussiya şəklində davam etdirildi.