07.06.2017
Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin kollektivi Füzuli rayonunun Alxanlı kəndində olublar. Onlar Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndini atəşə tutulması nəticəsində həlak olan kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızınin qəbrini ziyarət ediblər. Onların məzarı üstünə Əklil və tər güllər düzüblər. Mədəniyyət işçiləri eləcə də xain düşmən gülləsinə tuş gələn 2 yaşlı körpə qızcığaz Zəhranın qəbri üstünə oyuncaq kuklalar qoyublar. Günahsız soydaşlarımızın ruhuna dualar oxuyub, mənfur düşmənin bu çirkin əməlini lənətləyiblər.