Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində növbəti videokonfrans keçirilib

06.07.2020

03 iyul 2020-ci il tarixdə Ağcabədi Redgional Mədəniyyət İdarəsi (RMİ) Ağcabədi rayon Heydər Əliyev Mərkəzi və Ağcabədi şəhər ümumtəhsil məktəblərinin müəllimlərinin iştirakı ilə “Azərbaycan Ordusu qürur mənbəyimizdir” və   “Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçiriləcək” başlıqlı tezisləri ilə bağlı növbəti videokonfrans keçirilmişdir.Ş. Hüseynov adına Ağcabədi şəhər 2 saylı tam orta məktəbi, M.F.Axundov adına şəhər 3 saylı məktəb-liseyi və M.Əsədov adına şəhər 5 saylı tam orta məktəbinin müəllim kollektivinin iştirakı ilə keçirilən videokonfransda  Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin 25 iyun 2020-ci il tarixdə Mingəçevir şəhərinə səfəri zamanı Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında söylədiyi nitq və COVİD-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamız  tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı aparılan mübarizə haqqında konfrans iştirakçılarına ətraflı məlumat verilmişdir.

Konfrans zamanı bildirilmişdir, Prezident cənab İlham Əliyevin irəli sürdüyü və Qoşulmama Hərəkatı ölkələrinin müdafiə etdiyi  BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsü dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul edilmişdir. Təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir.

     Konfransda o da qeyd edilmişdir ki, Prezident cənab İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü vaxtında irəli sürülmüş və çox ehtiyac duyulan təşəbbüsdür.

   Qeyd edəki ki, Prezident cənab İlham Əliyevin siyasi fəaliyyətini əhatə edəcək müxtəlif başlıqlı tezislərlə bağlı bütün Ağcabədi şəhər ümumtəhsil məktəblərində videokonfranslarıntəşkili nəzərdə tutulur.