Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayonunun gəncləri Ağcabədi rayon Heydər Əliyev Mərkəzini ziyarət ediblər

12.02.2021

      11 fevral 2021-ci il tarixdə Gənclərin  İnkişaf və Karyera Mərkəzinin Ağdam nümayəndəliyinin əməkdaşları Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
     “Heydər Əliyev dövrünə ziyarət” layihəsi çərçivəsində təşkil olunan ziyarətdə qonaqlara öncə Mərkəzin ekspozisiya zalında Ümummilli Liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti haqqında eksponatlar əsasında geniş, dolğun məlumat verildi.

     Daha sonra gənclər mərkəzin foyesində Dahi Liderimizin fəaliyyətini əks etdirən kitab və jurnalların sərgisi ilə, həmçinin Mərkəzdə fəaliyyət göstərən kurs üzvlərinin əl işləri ilə tanış oldular.
     Sonda gənclərlə birlikdə xatirə fotosu çəkildi