22.12.2017
Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin yaranmasının I illiyi və 2017-ci ilin yekunlarına dair Regionu əhatə edən mədəniyyət müəssisələrinin iştirakı ilə Ağcabədi rayon Tarix Diyarşünaslıq muzeyində 22.12.2017-ci il tarixdə geniş müşavirə keçirilmişdir. Müşavirədə Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Rza Quluyev çıxış edərək il ərzində görülən işlər haqqında geniş məlumat verdi.
Yeni yaradılmış Regionun internet səhifəsi haqqında müşavirə iştirakçılarına məlumat vermiş və həmin saytın məlumat bazasının mütəmadi olaraq zənginləşdirilməsi, yeni məlumatların sayta daxil edilməsi üçün müşavirədə iştirak edən müəssisə rəhbərlərinə tapşırıqlar verdi.
Müşavirə iştirakçıları yekunda əsaslı təmirdən çıxmış noyabr ayının 28-də Cənab Prezident İlham Əliyev tərəfindən açılışı olmuş Ağcabədi rayon Tarix Diyarşünaslıq muzeyinin bütün otaqlarına baxış keçirilmiş, muzeydə sərgilənən eksponadlarla yaxından taniş olmuşdurlar.