Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Laçın rayon Mədəniyyət işçiləri şəhidimizə anım tədbiri keçirdi

17.02.2021

16.02.2021-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyinin və Laçın rayon Mədəniyyət Mərkəzinin (Pircahan,Malıbəy,Alıqulu kənd mədəniyyət evi və Aşağı Fərəcan, Mığıdərə kənd klublarının) təşkilatçılığı ilə II Qarabağ döyüşləri zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş Yaqubzadə Yaqub Eldəniz oğlunun  anım tədbiri  keçirilmişdi.  İlk öncə respublikamızın ərazi bütövlüyü uğrunda canından- qanından keçən vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Türkanə Nuruyeva   44 günlük Vətən Müharibəsində şəhid olmuş Yaqub Yaqubzadənin timsalında canını vətən, torpaq uğrunda qurban vermiş şəhidlərə Allahdan rəhmət dilədi.Şəhidimizin keçdiyi şərəfli döyüş yolundan söhbət açdı.Daha sonra şəhidimizə həsr olunmuş videorolik nümayiş olundu.Çıxış üçün söz Malıbəy kənd mədəniyyət evinin direktoru və eyni zamanda qəhrəmanımızın bibisi Elyana Məmmədovaya verildi.O, Yaqubun keçdiyi şərəfli ömür yolundan danışıb, onun itkisinin ağır olduğu qədər şərəfli olduğunu, Yaqubla qürur duyduqlarını, Yaqubun yaşının az olmasına baxmayaraq vətənini, torpağını canı qədər sevdiyini bildirdi.Tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz minnətdarlığını bildirdi.Daha sonra muzeyin bələdçisi Sultanova Əminə Yaqubzadə Yaqubun həyatından, qəhrəmanlığından bəhs edən mühazirə ilə çıxış edərək tədbir iştirakçılarına geniş məlumat vermişdir.Məktəblilər Aysun Hacızadənin və Hüseynova Nigarın ifasında şəhidlərə həsr olunmuş şer nümunələri səsləndirildi.Pircahan kənd mədəniyyət evinin direktoru Rübabə İbadova, Alıqulu kənd mədəniyyət evinin direktoru Sədaqət İbrahimova, Aşağı Fərəcan kənd klubunun müdiri Solmaz Nuriyeva,Mığıdərə kənd klubunun müdiri Günel Nəsibova, muzeyin elmi işçisi İsmayılova Günel çıxış etdilər.Onlar 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın bir yumruq kimi birləşib mənfur düşmənin üzərində qələbə qazanmasını qeyd edərək, qəhrəman şəhidlərin əziz xatirəsini daima yaşadacaqlarını bildirdilər