Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Nizaminin Sirli Xəzinəsi” mövzusunda keçirilən inşa yazı müsabiqəsinə yekun vurulub

11.03.2021

Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Ağcabədi şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında “Nizaminin Sirli Xəzinəsi” mövzusunda keçirilən inşa yazı müsabiqəsinə yekun vurulub.

05 fevral – 10 mart  2021-ci il tarixlərində Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 2021 – ci ilin “Nizami Gəncəvi İli” elan olunması ilə  əlaqədar olaraq keçirilən ” Nizaminin Sirli Xəzinəsi” başlığı altında inşa yazı müsabiqəsi keçirilmişdir.

Müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2021-ci il tarixli Sərəncamının icrası və dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığının daha dərindən öyrənilməsidir.

Ağcabədi şəhər M.Əsədov adına 5 saylı tam orta məktəbin şagirdi Şahverdiyeva Fidan İlham qızı birinci, Ağcabədi şəhər S.Vurğun adına 4 saylı tam orta məktəbin şagirdi Abdullayeva Gülər Feruz qızı ikinci, Ağcabədi şəhər M.Əsədov adına 5 saylı tam orta məktəbin şagirdi Əkbərova Fəridə Zahir qızı üçüncü yerə layiq görülüb.İnşa yazı müsabiqəsinin qaliblərinə Ağcabədi rayon Heydər Əliyev Mərkəzi tərəfindən diplomlar təqdim edilmişdir