Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Böyük Zəfərin başlanğıcı-Aprel döyüşləri” adlı onlayn tədbir keçirildi

05.04.2021

03 aprel 2021-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam və Laçın rayonlarının Tarix-Diyarşünaslıq Muzeyləri və Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin birgə təşkilatcılığı ilə "Böyük Zəfərin başlanğıcı-Aprel döyüşləri" adlı onlayn tədbir keçirildi. Tədbirdə​ Ağdam və Laçın rayonlarının muzey əməkdaşları, mədəniyyət işçiləri,Qazax,Yevlax, Füzuli rayon Tarix-Diyarşünaslıq Muzeylərinin, Qazax Heydər Əliyev Mərkəzinin rəhbərləri iştirak etdilər.Tədbir şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etməklə başladı. Daha sonra Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin direktoru Sahib Məmmədov giriş sözü ilə tədbiri açaraq Aprel döyüşləri haqqında ətraflı məlumat verdi. O, 2016-cı ildə baş vermiş dördgünlük müharibədə qəhrəman əsgər, gizir və zabitlərimizin qəhrəmanlığı nəticəsində  təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək 2 min hektardan artıq ərazini, Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam azad edildiyini bildirdi.Çıxış üçün söz Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Nuruyeva Türkanə Atəş qızına verildi.O, Aprel döyüşlərində şəhidlik zirvəsinə yüksəlmiş Laçın rayonun Qarakeçdi kənd sakini, yaddaşlarda təxris olunmaqdan imtina edərək şəhidlik zirvəsinə yüksələn Ülvin Məmmədov haqqında məruzə ilə çıxış etdi. Daha sonra Ağdam rayon  Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirov çıxış edərək, şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış Aprel döyüşlərinin Azərbaycan xalqının həmrəyliyini bir daha nümayiş etdirdiyini söyləyib, Azərbaycan Milli Ordusunun şəxsi heyət və texniki cəhətdən düşməndən xeyli üstün olmasını tədbir iştirakçılarının nəzərinə çatdırdı. Növbəti çıxışçılar Qazax rayon Tarix -Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, Yevlax rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Kəmalə Mikayılova , Qazax Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Füzuli rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı Xalisə Məmmədova ( həyat yoldaşı 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksəlmişdir) Aprel döyüşlərində qazanılan qələbənin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən diplomatiyasının, uğurlu daxili və xarici siyasətinin, Ali Baş Komandanın daimi diqqət və qayğısı ilə əhatə olunan silahlı qüvvələrimizin əsgər və zabitlərinin peşəkarlığının, mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun, vətənpərvərlik hissinin yüksək səviyyədə olması  nəticəsində mümkün olduğunu bildirdilər.