Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam Heydər Əliyev Mərkəzi ”Tarix yazmış qəhrəmanlar ”adlı tədbir

22.04.2021

Tədbiri giriş sözü ilə Şabran rayon Heydər Əliyev Mərkəzinin direktoru Təvəkkül Əliyev açmış, 44 günlük müharibədə şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra Ağdam rayon Heydər Əliyev Mərkəzinin direktoru Namiq Həsənov çıxış edərək, vətənpərlik mövzusunda belə tədbirlərin mütəmadi keçirilməsininin vacibliyini vurğulamışdır. Rahib Məmmədov adına Ağdam rayon Döyüş Şöhrəti Muzeyinin direktoru Sahib Məmmədov da çıxış edərək, tədbirin təşkilatçılarına təşəkkür etdi və Qarabağ müharibələrində canlarını qurban vermiş şəhidlərimizdən danışmışdır. Sonra isə, Şabran rayon Citaqqala-Şabran Dovlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşı Aysel Movlaverdiyeva, Xaçmaz Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Xalidə Əliyeva, Qazi İlham Məmmədov, Ağdam Heydər Əliyev Mərkəzinin baş fond muhafızı Elçin Cəfərov və digər qonaqlar çıxış etmişlər.