Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Kəndimizin şəhidləri” adlı onlayn görüş keçirildi

01.05.2021

01 May 2021-ci il tarixdə, Ağdam rayon Heydər Əliyev mərkəzinin və Ağdam rayon Mədəniyyət mərkəzinin tabeliyində fəaliyyət göstərən Mədəniyyət Müəssisələrinin təşkilatçılığı ilə, "Zoom" proqramında, Vətən müharibəsində  Azərbaycanın bütövlüyü uğrunda canından keçən igid, qəhrəman şəhidlərimizə həsr olunmuş "Kəndimizin Şəhidləri"  adlı onlayn görüş keçirilmişdir. Görüşü giriş sözü ilə, Ağdam rayon Heydər Əliyev mərkəzinin fond müdiri Elçin Cəfərov açmışdır. O, görüş iştirakçılarını salamlayaraq, Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif etdi.Şəhidlərin xatirəsi yad edildikdən sonra Elçin müəllim tədbiri aparmaq üçün, Zəngişalı Mədəniyyət evinin direktoru Fikrət Əliyevə söz verdi.Fikrət müəllim ,vətənin bütövlüyü uğrunda, xalqın azadlığı uğrunda , qəhrəmanlıqla savaşıb, bu uğurda canından keçən şəhidlərimiz haqqında ətraflı olaraq çıxış etdi .Sonra Fikrət müəllim şair Vəliyəddin Adil Ağdamlıya söz verdi. Şair şəhidlər haqqında yazdığı"Kəndimizin Şəhidləri", adlı şerini söylədi.Daha sonra ardıcıl olaraq Fikrət müəllim , Əliağalı Mədəniyyət evinin müdiri Hicran xanıma və təşkilatçısı Aynurə xanıma, Qaradağlı Mədəniyyət evinin müdiri Zənurə xanıma, Yusifcanlı Mədəniyyət evinin bədii rəhbəri Rahim müəllimə, Papravənd Mədəniyyət evinin müdiri İkram müəllimə, Çəmənli Mədəniyyət evinin müdiri Şəfəq xanıma , Şıxbabalı Mədəniyyət evinin müdiri İlhamiz müəllimə və qonaq qismində Adil müəllimə, Üçoğlan Mədəniyyət evinin müdiri Sevda xanıma, Evoğlu kulubunun müdiri Amaliya xanıma, Zəngişalı Mədəniyyət evinin bədii rəhbəri Rahilə xanıma, Xındırıstan kulubunun təşkilatçısı Sona xanıma söz verdi.Hər kəs öz növbəsində ümumilikdə qürur mənbəyimiz şəhidlərimiz haqqında və onların qəhrəmanlığı haqqında ətraflı olaraq çıxışlarını etdilər. Və tədbirin sonunda Elçin müəllim və Fikrət müəllim tədbir iştirakçılarına təşəkkür və minnətdarlıqlarını bildirdilər. O cümlədən, vətən üçün canından keçən igid, mərd  oğullarımızı yaxından tanımalı və onların əziz xatirələrini yad etməyin hər bir vətəndaşın borcu olduğunu vurğuladılar.